525.Az

Müxalifətə Bibiheybət təklif edildi


 

Müxalifətə Bibiheybət təklif edildi<b style="color:red"></b>

Bakı Şəhər İcra Hakimiyyəti İctimai Palatanın (İP) paytaxtda oktyabrın 13-də yürüş keçirməsi ilə bağlı müraciətini cavablandırıb.

APA-nın məlumatına görə, şəhər rəhbərliyi göstərilən tarixdə parlamentin buraxılması və qanunverici orqana yeni seçkilərin keçirilməsi tələbi ilə yürüş keçirilməsini məqsədəuyğun hesab etməyib, əvəzində İP-ə Səbail rayonu Bibiheybət qəsəbəsi, 20-ci sahə, Sürücülük Məktəbinin həyətindəki meydançada mitinq keçirilməsini təklif edib.

Qeyd edək ki, İP oktyabrın 13-də saat 16.00-dan 18.00-a qədər olan müddətdə Bakının keçmiş Əzizbəyov heykəlinin qarşısından Parlament prospekti ilə Milli Məclisin qarşısınadək yürüş keçirilməsi ilə bağlı paytaxt meriyasına müraciət edib.

 





10.10.2012    çap et  çap et