525.Az

Novruz Məmmədov Tacikistan prezidenti ilə görüşüb


 

Novruz Məmmədov Tacikistan prezidenti ilə görüşüb<b style="color:red"></b>

Azərbaycanın Baş naziri Novruz Məmmədov Tacikistan prezidenti Emoməli Rəhmonla görüşüb.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycanın Tacikistandakı fövqaladə və səlahiyyətli səfiri Həsən Məmmədzadə "Twitter" səhifəsində yazıb.

Novruz Məmmədov və Emoməli Rəhmon arasında görüş Düşənbədə keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin beşinci Zirvə Toplantısı çərçivəsində baş tutub.

 





15.06.2019    çap et  çap et