525.Az

Daha 50 nəfər Qarabağ müharibəsi əlilinə avtomobil verildi


 

Daha 50 nəfər Qarabağ müharibəsi əlilinə avtomobil verildi<b style="color:red"></b>

15 İyun - Milli Qurtuluş Günü ərəfəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 50 nəfər Qarabağ müharibəsi əlilinə "Xəzər" markalı minik avtomobili təqdim edib.

Nazirlikdən verilən məlumata görə, müharibə əlilləri Milli Qurtuluş günü ərəfəsində onlara bayram hədiyyəsi kimi minik avtomobilləri təqdim olunmasına görə sevinc hissi keçirdiklərini vurğulayıblar. Qarabağ müharibəsi əlilləri göstərilən bu yüksək qayğıya, ümumillikdə əlilliyi olan insanların bütün sahələrdə qayğı ilə əhatə olunmaları üçün aparılan işlərə görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.

Avtomobillərin təqdim edilməsi tədbirində nazirliyin Aparatının rəhbəri Hidayət Abdullayev nazirliyin rəhbərliyi adından tədbir iştirakçılarını 15 İyun - Milli Qurtuluş Günü münasibətilə təbrik edib.
 
O bildirib ki, sosial müdafiə tədbirləri kimi, müharibə əlillərinin minik avtomobilləri ilə təminat proqramı uğurla davam etdirilir. 2018-ci ildə 265 müharibə əlili minik avtomobili ilə təmin edilib. Cari ildə isə həmin vətəndaşlara nəzərdə tutulduğundan (180 avtomobil) 3,2 dəfə çox olmaqla 600-ə yaxın avtomobilin verilməsi nəzərdə tutulub ki, bu ilin ötən dövründə artıq 150 avtomobil sahiblərinə verilib. Bununla da indiyədək 6300-dək minik avtomobili müharibə əlilləri və onlara bərabər tutulanlara təqdim edilib.

Aparat rəhbəri 2018-ci ildə şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə nəzərdə tutulduğundan 3 dəfədən çox olmaqla 626 mənzil, bu vaxtadək isə 6654 mənzil təqdim edildiyini, cari ildə bu kateqoriyadan olan vətəndaşlara azı 800 mənzil veriləcəyini də deyib.

C.ABASOV

 





16.06.2019    çap et  çap et