525.Az

Milli Kitabxanada on yaşlı məktəblinin iki kitabı təqdim edildi


 

Milli Kitabxanada on yaşlı məktəblinin iki kitabı təqdim edildi <b style="color:red"></b>

Dünən Mədəniyyət Nazirliyi və Milli Kitabxanasının birgə təşkilatçılığı ilə gənc şair Sevindik Nəsiboğlunun “Dünyamsan Azərbaycan” və “Hərdən uçmaq istəyirəm” adlı kitablarının təqdimat mərasimi keçirilib.

Milli Kitabxanadan verilən məlumata görə, tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq, belə istedadlı gənclərdə elmə, təhsilə, mütaliəyə həvəsin olduğunu görəndə çox sevindiyini, qürurlandığını bildirib.

ADPU-nun kafedra müdiri, uşaq yazıçısı Zahid Xəlil istedadlı bir gəncin kitab təqdimatında iştirakından məmnunluğunu bildirib. O, qeyd edib ki, şairin şeirlərində
vətənpərvərlik duyğuları çox yüksəkdir.

Sonra çıxış edən professor Rafiq Yusifoğlu hər iki kitabın çap olunması və təqdimatı münasibətilə təbriklərini bildirib və gələcəkdə yeni-yeni uğurlar arzulayıb.

Professor Füzuli Əsgərli də təbriklərə qoşularaq Sevindiyin çox böyük fitri istedada malik olduğunu, şeirlərini poetik, vətənpərvər üslubunda yazdığını vurğulayıb.

Professor Asif Rüstəmli çıxışında Sevindiyin dünyagörüşü, zehni qabiliyyəti ilə seçilən bir gənc olduğunu diqqətə çatdırıb. O, Sevindiyin vətənpərvər ruhda böyüməsini,onun Azərbaycan ədəbiyyatının nümayəndələri ilə yanaşı dünya ədəbiyyatının da nümayəndələrindən oxuduğunu qeyd edib.

Digər qonaqların və ailə üzvlərinin çıxış etdiyi tədbirin sonunda gənc şairə söz verilib. On yaşlı şair yaradıcılığından“Zəngəzur” şerini oxuyub, gələcək planlarından danışıb.

 





17.06.2019    çap et  çap et