525.Az

Bu gün tibb işçilərinin peşə bayramıdır


 

Bu gün tibb işçilərinin peşə bayramıdır <b style="color:red"></b>

Bu gün 17 iyun tibb işçilərinin peşə bayramı günüdür.

APA xəbər verir ki, Azərbaycan Xalq Cümhuriyyəti yaradılandan sonra onun həyata keçirdiyi sosial-mədəni tədbirlərdən biri də sağlamlığın mühafizə ilə bağlı olub. Bununla bağlı olaraq Nazirlər Şurasının 17 iyun 1918-ci il tarixli sərəncamı ilə Səhiyyə Nazirliyi təşkil edilib. İlk səhiyyə naziri Xudadat bəy Rəfibəyli olub.

Müstəqillik dövründə isə ümummilli lider Heydər Əliyevin 4 iyun 2001-ci il tarixli sərəncamına əsasən hər il 17 iyun Azərbaycanda Səhiyyə İşçiləri Günü kimi qeyd olunur.

Dövlət Statistika Komitəsinin 2018-ci il məlumatına görə, ölkə üzrə orta tibb işçilərinin sayı 52 807 nəfərdir. Əhalinin hər 10 000 nəfərinə  düşən orta tibb işçilərinin sayı isə 54 nəfər təşkil edir.

 





17.06.2019    çap et  çap et