525.Az

Bahar Muradova: “Ermənistanın qeyri-konstruktiv mövqeyi davamlı sülhə təhdiddir"


 

Bahar Muradova: “Ermənistanın qeyri-konstruktiv mövqeyi davamlı sülhə təhdiddir"<b style="color:red"></b>

"Artıq 16-cı dəfədir ki, ombudsmanlar vacib olan mövzularla bağlı Azərbaycana toplanır və burda problemlərin araşdırılmasına, Ombudsman təsisatının bu problemlərin həllində rolunun müəyyənləşməsinə və müsbət təcrübələrin bölüşməsinə şərait yaranır".

APA-nın xəbərinə görə, bunu "Ədalətli sülh və dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında ombudsmanların rolu" mövzusunda keçirilən Ombudsmanların XVI Bakı beynəlxalq konfransında Milli Məclis sədrinin müavini Bahar Muradova deyib.

O bildirib ki, Azərbaycan belə təcrübələrin aparılması və bölüşməsi üçün çox uyğun məkandır:

"16-cı konfransda bura gələn ölkələrin də razılığı ilə hansısa bir formada təsisat yaratmaq mümkün olardı. Siz bunu daimi və davamlı fəaliyyət göstərən işlək quruma çevirə bilərsiniz. Bu, ombudsmanların dami toplaşaraq problemləri həll etmək üçün bir qurum kimi fəaliyyət göstərsə, beynəlxalq aləmdə problemlərin həllinə töhvəsini verən orqana çevrilə bilərdi".

B. Muradova deyib ki, sülh olmadıqda davamlı inkişafa nail olmaq mümkün deyil:

"Azərbaycan daim bu istiqamətdə beynəlxalq ictimaiyyəti bir araya gətirmək və yeni təsisatlar yaratmaq istiqamətində təşəbbüslər etməkdədir. Bu tədbirlərin Qafqaz regionunda keçirilməsi təsadüfi deyil. Çünki bu regionda münaqişə ocaqları var. Bu münaqişələrin həll olunmması və davamlı sülhün əldə edilməməsi, bir çox hallarda münaqişə tərəflərindən birinin qeyri-konstruktiv mövqeyi, konkret halda Ermənistanın heç bir çərçivəyə sığmayan mövqeyi dövlət və xalqlar üçün daimi sülh əldə etməyə imkan verməyibr. Ermənistanın qeyri-konstruktiv mövqeyi davamlı sülhə, birgə yaşayışa təhdid kimi qalır".

 





18.06.2019    çap et  çap et