Vaşinqtonda Ermənistanın xarici işlər naziri Zöhrab Mnasakanyanla ATƏT-in Minsk Qrupu həmsədrləri İqor Popov, Stefan Viskonti və Endrü Şofer arasında görüş keçirilib.
APA-nın xəbərinə görə, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
ATƏT-in fəaliyyətə olan sədrini şəxsi nümayəndəsi Andjey Kaspşik də görüşdə iştirak edib.
Qeyd edək ki, iyunun 20-də Vaşinqtonda həmsədrlərin təşkilatçılığı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək.