525.Az

Pakistan səfiri Bakı Ali Neft Məktəbində


 

Pakistan səfiri Bakı Ali Neft Məktəbində <b style="color:red"></b>

Pakistan Islam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Said Xan Mohmand Bakı Ali Neft Məktəbində (BANM) qonaq olub və Ali Məktəbin rektoru Elmar Qasımovla görüşüb.

Görüş zamanı BANM haqqında geniş məlumat verən rektor Elmar Qasımov iki ölkə arasında mövcud olan əlaqələrdən bəhs edərək təhsil sahəsində əməkdaşlığın vacibliyini xüsusi olaraq vurğulayıb. Rektor bir pakistanlı tələbəyə Ali Məktəbin təqaüdünün verilməsini təklif edərək növbəti tədris ilindən etibarən BANM-də bu ölkənin tələbələrinin təhsil almalarından məmnun olacaqlarını bildirib.

Səfir Said Xan Mohmand səmimi qəbula görə rektora öz təşəkkürünü bildirib. O, Pakistan və Azərbaycanın qardaş dövlətlər olduğunu və iki ölkə arasında ikitərəfli münasibətlərin hər gün daha da inkişaf etdiyini qeyd edib. Həmçinin, səfir region üçün mühüm əhəmiyyət kəsb edən sahələr üzrə mütəxəssislər hazırlayan Ali Məktəbin gördüyü işləri və BANM tələbələrinin uğurlarını yüksək qiymətləndirdiyini vurğulayıb.

Səfir hər iki ölkə arasında təhsil əlaqələrinin genişlənməsi istiqamətində səylə çalışdıqlarını bildirərək təqaüd təklifinə görə rektora təşəkkürünü bildirib.

S.QARAYEVA

 





19.06.2019    çap et  çap et