525.Az

Nümayəndə heyətimiz Beynəlxalq Əmək Konfransının 108-ci sessiyasında


 

Nümayəndə heyətimiz Beynəlxalq Əmək Konfransının 108-ci sessiyasında<b style="color:red"></b>

Beynəlxalq Əmək Təşkilatının (BƏT) üzv dövlətlərinin hökumət nümayəndələri və sosial tərəfdaşlarının iştirakı ilə Cenevrə şəhərində (İsveçrə Konfederasiyası) Beynəlxalq Əmək Konfransının 108-ci sessiyası keçirilir.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Tədbirdə ölkəmizi Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

Nümayəndə heyətinə nazirliklə yanaşı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının rəhbər şəxsləri daxildir.

Sessiyada BƏT-in 100 illiyi ilə əlaqədar Təşkilatın "Əməyin gələcəyi" təşəbbüsünə uyğun olaraq bu mövzuda müzakirələr aparılır.

C.ABASOV

 





19.06.2019    çap et  çap et