525.Az

Azərbaycan XİN rəhbəri ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb


 

Azərbaycan XİN rəhbəri ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb<b style="color:red"></b>

Xarici işlər naziri Elmar Məmmədyarov Vaşinqtonda ATƏT-in Minsk qrupu həmsədrləri Stefan Viskonti, Endryu Şöfer və İqor Popovla görüşüb.

APA-nın məlumatına görə, bu barədə XİN-in mətbuat katibi Leyla Abdullayeba öz "Twitter" səhifəsində yazıb.

Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edib.

Həmsədrlər daha əvvəl Ermənistan xarici işlər naziri Zöhrab Mnasakanyanla görüşüblər. Bu gün həmsədrlərin iştirakı ilə Vaşinqtonda Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü olacaq.

 





20.06.2019    çap et  çap et