525.Az

MİDA "Güzəştli mənzil" sisteminin satış modulunun sınaq versiyasını istifadəyə verib


 

MİDA "Güzəştli mənzil" sisteminin satış modulunun sınaq versiyasını istifadəyə verib<b style="color:red"></b>

Azərbaycan Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) “Güzəştli mənzil” sisteminin satış modulunun və gözləmə qaydasında mənzil seçiminin sınaq (demo) versiyasını istifadəyə verib.

Agentlikdən “APA-Economics”ə verilən məlumata görə, bu xidmət istifadəçilərə həm satış, həm də gözləmə qaydasında mənzil seçimi proseslərinin bütün mərhələləri ilə yaxından tanış olmaq, elektron imza sertifikatlarından və texniki avadanlıqlarından istifadə bacarıqlarını təkmilləşdirmək imkanı yaradır.

“Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olan vətəndaşlar “Elektron hökumət” portalı üzərindən e-imza və ya Asan İmza ilə öz elektron kabinetlərinə daxil olub, onlara təqdim edilən xüsusi keçid vasitəsilə satış modulunun və gözləmə qaydasında mənzil seçiminin sınaq versiyasından istifadə edə bilərlər.

Satış modulunun və gözləmə qaydasında mənzil seçiminin sınaq versiyası 10 iyul 2019-cu il tarixi saat 00:00-dək aktiv olacaq. Sistem vasitəsilə aparılan əməliyyatlar hər gün saat 00:00, 02:00, 04:00, 06:00, 08:00, 10:00, 12:00, 14:00, 16:00, 18:00, 20:00, 22:00-da yenilənərək sıfırlanacaq və mənzillər seçim üçün təkrarən aktivləşdiriləcək.

“Güzəştli mənzil” sistemində elektron kabinetə yeni sahib olmuş vətəndaşlar kabinetin yaradılması ilə bağlı qərarın verildiyi tarixin növbəti günündən etibarən həm satış modulunun, həm də gözləmə qaydasında mənzil seçiminin sınaq versiyasından istifadə edə bilərlər.

Qeyd edək ki, sistemin sınaq versiyası ilə aparılan mənzillərin seçimi təlim xarakteri daşıyır və heç bir nəticə yaratmır.

 





20.06.2019    çap et  çap et