525.Az

Əgər milli mənəvi-dəyərlərimizə ziddirsə, belə ədəbiyyatların idxalına icazə verilmir


 

Əgər milli mənəvi-dəyərlərimizə ziddirsə, belə ədəbiyyatların idxalına icazə verilmir<b style="color:red"></b>

Azərbaycana dini ədəbiyyatların idxalı, eləcə də istehsalı prosesi davam edir və bu sayda artım müşahidə edilir.

Trend-in məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Siyavuş Heydərov deyib.

Onun sözlərinə görə, həmin ədəbiyyatlar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin müvafiq şöbəsinin ekspertizasından keçir: "Əgər bu ədəbiyyatlar bizim milli mənəvi-dəyərlərimizə ziddirsə, hansısa dini adavəti qızışdıran fikirlər, ümumiyyətlə tolerantlıq, multikultralizmə qarşı fikirlər varsa, belə ədəbiyyatların idxalına icazə verilmir.

Ölkədə dini ədəbiyyata maraq var. Çalışırıq ki, bu ədəbiyyatlar Azərbaycanın milli-mənəvi dəyərlərini təbliğ edə bilsin. Çalışırıq ki, Azərbaycan yazarlarının dini ədəbiyyatları daha çox istehsal olunsun. Çünki xarici ölkələrdən idxal olunan ədəbiyyatların əksəriyyətində Azərbaycanın milli-mənəvi dəyərləri ilə uzlaşmayan məqamlar var. Əvvəllər xaricdən idxal olunan dini ədəbiyyatlarda bu məqamlarla daha çox rastlaşırdıq. Artıq son illər bu azalıb. İdxal edən və dini ədəbiyyat istehsal edən fiziki şəxslər də artıq bu tələbi bilirlər. Ona görə də bizə yad olan dini ədəbiyyatların idxalı və istehsalı azalıb".

 





20.06.2019    çap et  çap et