525.Az

Bakı Kitab Mərkəzində “Keçmişdə gəzinti” kitabının təqdimatı olub


 

Bakı Kitab Mərkəzində “Keçmişdə gəzinti” kitabının təqdimatı olub<b style="color:red"></b>

Bakı Kitab Mərkəzində şairə Şahrun Süleymanlının yaradıcılıq gecəsi və “Keçmişdə gəzinti” şeirlər toplusunun təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə mərkəzin direktoru Günel Rzayeva açaraq Şahrun Süleymanlı haqqında öz fikirlərini bölüşüb.

Daha sonra kitabın redaktoru Yusif Rzayev, şairələr Aydan Xəndan, Nərminə Məmmədzadə və başqaları çıxış edərək, Ş.Süleymanlının yaradıcılığı haqqında söz açıblar.

Həmçinin Ş.Süleymanlının müxtəlif illərdə yazdığı şeirləri və digər şairlərin yazdığı əsərlərin tərcümələri səslənib, “Nəsimi” və Xocalı faciəsinə həsr olunmuş “Qara qar gülləri” adlı tamaşalardan videofraqmentlər nümayiş olundu.

Tədbirin bədii hissəsində Əməkdar artist İlham Nəzərov, musiqiçilər Qəmərxanım Məmmədova, Vüsal Aydəmirov, Firuzə Nəcəfli, Nərmin Rzayeva və başqalarının ifaları qonaqlara xoş ovqat bəxş edib.

 

 





20.06.2019    çap et  çap et