525.Az

Nazir müavini: "Fərdi sahibkarların 22 faizi qadındır"


 

Nazir müavini: "Fərdi sahibkarların 22 faizi qadındır"<b style="color:red"></b>

"Artıq fərdi sahibkarların 22 faizini qadın sahibkarlar təşkil edir".

APA-nın məlumatına görə, bunu iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova “Qadın sahibkarlığının inkişafı: təcrübə, imkanlar və nailiyyətlər” adlı Beynəlxalq Forumda deyib.

Nazir müavini bildirib ki, Azərbaycanda sahibkarlar ölkənin bütün resursları ilə təmin olunurlar:

"Bu inkişafın nəticəsində bizim artıq iri sahibkar qadınlarımız formalaşıb. Sahibkar qadınlarımız intellektual səviyyədə də biznes şəbəkəsinə malikdirlər. Eyni zamanda, qadınlar sosial sahibkarlıq sahəsi üzrə də inkişaf edirlər".

Sevinc Həsənova artıq mikro və kiçik sahibkarlığın inkişafı üçün qanunvericilikdə yeni müddəalar hazırlandığını da vurğulayıb:

"Bu tədbirlər də sahibkarlığın inkişafına təsir göstərəcək. Adətən qadınların özünəinam məsələsində problemlər olur, bu, bütün dünyada belədir. Buna görə də mən sahibkar qadınlarımıza tövsiyə edirəm ki, cəmiyyətdə uğur qazanmış, biznes sahəsində inkişaf etmiş qadınların fəaliyyətinə nəzər yetirsinlər və onlardan nümunə götürsünlər".

 





21.06.2019    çap et  çap et