525.Az

Qurban bayramı nə vaxt qeyd ediləcək?


 

Qurban bayramı nə vaxt qeyd ediləcək?<b style="color:red"></b>

“Avqustun 12-si və 13-də Azərbaycanda Qurban bayramı qeyd ediləcək”.

Bunu APA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev bildirib:

“Dini təqvimə əsasən, Qurban bayramı hər zaman Zilhiccə ayının 10-u qeyd edilir. Bir çox ölkələrdə Qurban bayramı 3 gün qeyd olunur. Məkkədə Həcc ziyarətində olanlar da bayramı 3 gün qeyd edirlər, yəni qurbanı 3 gün ərzində kəsmək olar”.

Sədr müavini avqustun 1-dən 6-a qədər Həcc ziyarəti ilə bağlı müraciətlərin davam edəcəyini qeyd edib.

 





21.06.2019    çap et  çap et