525.Az

Peskov Tbilisidə baş verənləri rusofob təxribat adlandırıb


 

Peskov Tbilisidə baş verənləri rusofob təxribat adlandırıb<b style="color:red"></b>

Kreml Gürcüstanda baş verənlərə münasibət bildirib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Tbilisidə baş verən insidenti rusofob təxribat adlandırıb.

"Baş verən hadisə, Rusiya vətəndaşlarına qarşı gərgin münasibət bizdə narahatlıq doğurmaya bilməz. Beynəlxalq parlamentlərarası tədbir fonunda bunların baş verməsini qınayırıq",-deyə Kremlin sözçüsü bildirib.

Xatırladaq ki, iyunun 20-də Parlamentlərarası Pravoslav Assambleyasının Tbilisidə keçirilən  26-cı Baş Assambleyası zamanı qurumun prezidenti, Rusiya Kommunist Partiyasının nümayəndəsi və Dövlət Dumasının deputatı Sergey Qavrilovun parlament sədrinin kürsüsündə əyləşərək iclasa sədrlik etməsi etirazlara səbəb olub. Tbilisi küçələrinə çıxan aksiyaçılar Parlamentin sədri İrakli Kobaxidzenin, Daxili İşlər naziri Giorgi Qaxariyanın istefasını və növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb ediblər. Dünən keçirilən aksiya gecə saatlarında polis tərəfindən dağıdılıb, onlarla insan xəsarət alıb.

 





21.06.2019    çap et  çap et