525.Az

BMT-nin xoşməramlı səfiri: "Bakıya çoxdan vurulmuşam"


 

BMT-nin xoşməramlı səfiri: "Bakıya çoxdan vurulmuşam"<b style="color:red"></b>

“Hər dəfə Bakıya böyük məmnuniyyətlə gəlirəm. Bakıya çoxdan vurulmuşam. Hər dəfə gələndə Azərbaycan xalqının qonaqpərvərliyinin onların həyat tərzi olduğunu anlayıram”.

Bunu APA-nın Moskva müxbirinə açıqlamasında Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (AMOR) yaranmasının 10 illiyi ilə bağlı yubiley tədbirində iştirak edən BMT-nin ətraf mühit üzrə xoşməramlı səfiri, əfsanəvi rus xokkeyçisi Vyaçeslav Fetisov bildirib.

O, Bakı şəhərinə heyran qaldığını söyləyib.

 





25.06.2019    çap et  çap et