525.Az

İlham Əliyev Sənubər İsgəndərliyə ev hədiyyə edib


 

İlham Əliyev Sənubər İsgəndərliyə ev hədiyyə edib<b style="color:red"></b>

Prezident İlham Əliyev Əməkdar artist Sənubər İsgəndərliyə ev bağışlayıb.

APA-nın xəbərinə görə, bu barədə Əməkdar artist özünün “Facebook” səhifəsində yazıb:

“Möhtərəm Cənab Prezident.

Mənim səhnə fəaliyyətimi yüksək qiymətləndirərək ev hədiyyə etdiyinizə görə, sizə dərin minnətdarlığımı bildirirəm. Sizin incəsənət xadimlərinə verdiyiniz dəyər, göstərdiyiniz diqqət, qayğı, bizə qürur və fərəh verir. Mənə və ailəmə bu sevinci yaşatdığınıza görə Sizə bir daha sonsuz təşəkkürümü bildirirəm.

Allah Sizi və Azərbaycanımızı qorusun!”

 





25.06.2019    çap et  çap et