525.Az

Tbilisidə mitinq bərpa edildi


 

Tbilisidə mitinq bərpa edildi <b style="color:red"></b>

Tbilisidə parlament binasının qarşısında keçirilən mitinq bərpa edilib.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, ardıcıl 6-cı gündə keçirilən mitinqdə iştirakçılar Daxili İşlər naziri Giorgi Qaxaryanın istefasını və iyunun 20-21-də saxlanılanların hamısının azadlığa buraxılmasını tələb edirlər.

Bugünkü mitinqdə"Vahid Milli Hərəkat" partiyasının üzvü Salome Samadaşvili, "Birləşmiş müxalifət"in üzvü Şalva Şavqulidze iştirak edir.

Rustaveli prospektində hərəkət hələ ki, maneəsiz davam edir.

 





25.06.2019    çap et  çap et