525.Az

Köçkün qəsəbələrində yaşayan qadınlar üçün maarifləndirici tədbirlər - Foto


 

Köçkün qəsəbələrində yaşayan qadınlar üçün maarifləndirici tədbirlər - <b style="color:red">Foto</b>

Son illər gender mövzusunda, xüsusən də qadınların cəmiyyətdə rolunun daha da artırılması, onlara dəstək məqsədilə maarifləndirici tədbirlərin sayı artıb. Belə tədbirlərdən bir neçəsini də “Sosial Tərəqqi” İctimai Birliyi təşkil edib.

Mayın 15-də Füzuli rayonunda “Sosial Tərəqqi” İctimai Birliyi Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin İnkişaf Proqramının qismən maliyyələşdirdiyi və icra etdiyi “Genderə - həssas Dayanıqlı İnkişaf Məqsədlərinin Həyata Keçirilməsində Vətəndaş Cəmiyyətinin Rolunun Artırılması” proqramı çərçivəsində “Qadınlara Gender Əsaslı İqtisadi Dəstək” layihəsinin I komponentinin icrasına start verib.

“Sosial Tərəqqi” İctimai Birliyi məcburi köçkünlər üçün salınan 17 qəsəbədə (11 Qayıdış qəsəbəsi, 1 Fin evləri qəsəbəsi və 5 Zobucuq qəsəbəsi) cari ilin may və iyun ayları ərzində “Gender maarifləndirilməsi, lobbiçilik və təbliğat” və "Gender əsaslı şiddət və insan hüquqları” mövzularında təlimlər təşkil edib.
İyunun 25-də isə Füzuli rayonu ərazisində məcburi köçkünlər üçün salınmış qəsəbədə  “Gender mövzusunun liderlik və idarəetməyə cəlb edilməsi” mövzusundə təlim keçirilib.

Tədbirdə BMT-nin İnkişaf Proqramının layihə köməkçisi Sənan Ağazadə, Kiçik və Orta Biznesin İnkişaf Agentliyinin Füzuli rayon üzrə nümayəndəsi Hafiz Sadıqov iştirak ediblər.

Gender bərabərliyi üzrə təlimlər qadınlara maliyyə cəhətdən daha müstəqil olmaq üçün texniki və maliyyə dəstəyi göstərilməsini nəzərdə tutan davamlı və uzunmüddətli bir prosesə daxil edilib.

Təlimlərin əsas məqsədləri iştirakçılara gender əsaslı anlayışları tanıtmaq, gender əsaslı zorakılıq və insan hüquqları, gender əsaslı zorakılığın insan hüquqlarının pozulması kimi aydınlaşdırmaq, gender təhlili ilə bağlı bacarıqların artırılması, gender bərabərliyi və inteqrasiya ilə bağlı yanaşma və strategiyaların anlaşılmasını artırmaq, gender bərabərliyini həyata keçirmək, gender məsələsini liderlik və idarəetməyə daxil etmək olub.

 





27.06.2019    çap et  çap et