"Zirə" Peşəkar Futbol Klubunun prezidenti Natiq İsmayılov vəzifəsindən istefa verib.
Bu barədə məlumat komandanın rəsmi saytında yerləşdirilib.
Bildirilir ki, 2015-ci ildən paytaxt klubuna rəhbərlik edən N.İsmayılov 4 ildən sonra postundan ayrılıb.
Qeyd edək ki, “Zirə” ötən mövsümü 5-ci pillədə başa vurub.