525.Az

"Qarabağ" Çempionlar Liqasında mübarizəyə başlayır


 

"Qarabağ" Çempionlar Liqasında mübarizəyə başlayır <b style="color:red"></b>

Bu gün UEFA Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin oyunları davam edəcək.

Qol.az xəbər verir ki, ölkəmizin qitənin bir nömrəli klub turnirindəki təmsilçisi "Qarabağ" mübarizəyə bu gün start verəcək.

Qurban Qurbanovun komandası Albaniyada "Partizani"nin qonağı olacaq. Ağdam klubu ilk oyunda sərfəli nəticə qazanmağa çalışacaq.

Qeyd edək ki, bu komandalar arasında cavab görüşü 1 həftə sonra Bakıda keçiriləcək.

Çempionlar Liqası

1-ci təsnifat mərhələsi, ilk oyunlar

10 iyul

19:30. "Partizani" (Albaniya) - "Qarabağ" (Azərbaycan)
Baş hakim
: Holvardur Arnason (İslandiya)
Tirana, "Selman Stermazi" stadionu

 





10.07.2019    çap et  çap et