525.Az

Yazıçılarımız nüfuzlu beynəlxalq siyahıda yer alıb


 

Yazıçılarımız nüfuzlu beynəlxalq siyahıda yer alıb<b style="color:red"></b>

Azərbaycan yazıçıları Kamran Nəzirli və Səriyyə Məmmədovanın adları Ədəbiyyat üzrə Beynəlxalq London mükafatına namizədlərin uzun siyahısına düşüb.

Bu barədə xəbəri Beynəlxalq Yazıçılar Təşkilatının Moskvadakı nümayəndəliyinin Mətbuat xidməti yayıb.

Xəbərdə qeyd edilir ki, 260 nəfərdən ibarət siyahıda yer alan Azərbaycan yazıçılarının seçilimiş əsərləri müsabiqə komissiyasının qərarı ilə uzun siyahıya daxil edilib.

Qərar dünyanın müxtəlif  ölkələrindən olan müəlliflərin hər birinə "London Mükafatı yazıçını təqdim edir" seriyası altında kitablarını nəşr etmək imkanı qazandırıb. Bütün kitablar nəşr olunandan sonra Beynəlxalq Yazıçılar Təşkilatının saytında onların anonsu veriləcək.

Kamran Nəzirli bildirib ki, mükafata namizədlər bir neçə nominasiya üzrə təqdim edilir: poeziya, qısa hekayələr, iri həcmli nəsr əsərləri, dramaturgiya, esseistika, tənqid, fantastika, ingiliscədən ruscaya, ruscadan ingiliscəyə tərcümə əsərləri və jurnalistika. Yazıçımız qısa hekayələr nominasiyası üzrə təqdim edilib.

Daha sonra bildirilir ki, Beynəlxalq Yazıçılar Təşkilatının kollektivi Mükafatın uzun siyahısına düşən müəllifləri təbrik edir, onlara növbəti mərhələdə daha böyük uğurlar arzulayır. Biz də bu təbriklərə qoşuluruq.

 





13.07.2019    çap et  çap et