525.Az

Zahid Oruc parlamentdə Gəncə olaylarından danışdı


 

Zahid Oruc parlamentdə Gəncə olaylarından danışdı<b style="color:red"></b>

Millət vəkili  Zahid Oruc Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri təyin edildikdən sonra ilk dəfə parlamentdə çıxış edib.

O, çıxışını müasir dövrdə aparılan informasiya müharibəsi üzərində qurub.

Millət vəkili məlum  Gəncə olayları ilə bağlı həbs edilən Aydın Qurbanovun həbsxanada vəfat etməsi xəbərinə toxunub. Bildirib ki, A.Qurbanov xərçəng xəstəliyindən əziyyət çəkib və vəfat edib:

"Ancaq bununla bağlı 3 gündən sonra Prokurorluq və Penitensiar sistem cavab verdi. Buna vaxtında cavab verilməli idi. Belə təbliğat aparılır ki, guya gəncəlilərə qarşı hansısa fəaliyyət var. Gənədə polis zabitini qətlə yetirən şəxs Şəmkirdə qarğıdalı sahəsində polisləri qətlə yetirmək istəyərkən öldürülmüşdü. Düz də edilmişdi. Aidiyyəti məsul şəxslər və qurumlar vəzifələrini yerinə yetirməli, cəmiyyəti vaxtında məlumatlandırmalıdır. Cənab prezident bu qurumlara gen-bol şərait yaradıb. Hamısının gözəl binaları var. İstintaq orqanlarının rəhbərləri nə işlə məşğuldur? Onlar bununla bağlı açıqlama verməli idilər. Dövlət rəhbərliyi bu məsələlərlə bağlı tapşırıq vermədən də,  hakimiyyət əleyhinə informasiya terroru aparanlara əllərindəki arqumenti böyütməyə imkan vermək olmaz".

Spiker Oqtay Əsədov isə Z.Orucu gündəlik ətrafında danışmağa səsləyib: "Nə vaxtdır ki, danışmırdın. Bilirəm, darıxırsan danışmaq üçün. Ancaq gələn dəfə gündəlik ətrafında danış".

Kamil HƏMZƏOĞLU

 





15.07.2019    çap et  çap et