525.Az

Volkan Bozkır: “15 iyulda baş verənlər terror aktı idi”


 

Volkan Bozkır: “15 iyulda baş verənlər terror aktı idi”<b style="color:red"></b>

“15 iyulda baş verənlər Türkiyə tarixinin ən qanlı hadisəsidir”.

APA-nın xəbərinə görə, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici əlaqələr komitəsinin rəhbəri Volkan Bozkır Türkiyədə 3 il əvvəl 15 iyulda dövlət çevrilişinə cəhdin 3-cü ildönümü ilə bağlı Bakıda keçirilən tədbirdə deyib.

O bildirib ki, 15 iyulda baş verənlər terror aktı idi:

“Bu, dövlətə, millətə qarşı xaincəsinə edilmiş bir hərəkət idi. Biz indi şəhidlərin sayəsində rahat yaşayırıq”.

V. Bozkır üç il əvvəl göstərdiyi dəstəyə görə Azərbaycan dövlətinə və xalqına təşəkkür edib.

 





15.07.2019    çap et  çap et