525.Az

“Cinema Radio” layihəsi başlayır


 

“Cinema Radio” layihəsi başlayır<b style="color:red"></b> Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Avto FM radiosunun dəstəyi ilə “AzerNyuMedia” Şirkəti “Cinema Radio” layihəsinin istehsalına və yayımına başlayır.

Hər həftənin şənbə günü saat 15:00-dan 16:00-dək yayımlanacaq radio veriliş dünyada və yerli kino bazarında baş verən ən son yenilikləri təqdim edəcək, həftənin kino hadisəsi qonaqlarla müzakirə olunacaq.

Veriliş bir neçə rubrikadan ibarət olacaq. Dinləyicilər kinoviktorinanın suallarını cavablandırmaqla hədiyyələrə sahib olacaqlar. 

Verilişin aparıcısı tanınmış radio aparıcı RJ Yaqut, layihə rəhbəri Kamran Qasımovdur. 

Radio layihənin tərəfdaşı CinemaPlus Kinoiteatrlar Şəbəkəsidir.
 





15.07.2019    çap et  çap et