525.Az

Ölkəyə gələn turistlərin sayı 6,5% artıb


 

Ölkəyə gələn turistlərin sayı 6,5% artıb<b style="color:red"></b>

Bu ilin yanvar-iyun aylarında Azərbaycana dünyanın 185 ölkəsindən 1 410,7 min və ya 2018-ci ilin eyni dövrü ilə müqayisədə 6,5% çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

“APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə gələnlərin 29,4%-i Rusiya, 24,3%-i Gürcüstan, 10,5%-i Türkiyə, 7,5%-i İran, 2,6%-i Birləşmiş Ərəb Əmirlikləri, 2,4%-i Səudiyyə Ərəbistanı, hər birindən 1,9% olmaqla Ukrayna və Hindistan, 1,5%-i Türkmənistan, hər birindən 1,4% olmaqla Böyük Britaniya, Qazaxıstan və İraq, 1,3%-i Pakistan, 12,4%-i digər ölkələrin vətəndaşları, 0,1%-i isə vətəndaşlığı olmayan şəxslər olub. Gələnlərin 68%-ni kişilər,  32%-ni isə qadınlar təşkil edib.

Azərbaycana yanvar-iyun aylarında gələnlərin sayında daha çox artım Misir (83,1%), Türkmənistan (81%), Hindistan (80,3%), Çin (77,1%), Səudiyyə Ərəbistanı (76,7%), Macarıstan (52,4%), Böyük Britaniya (35,7%), Kanada (30,8%), Cənubi Koreya (29,5%), Almaniya (27,2%), Yaponiya (24,6%), Pakistan (24,4%), Gürcüstan (22,8%) və Polşa (20,2%) vətəndaşları arasında qeydə alınıb.

Hesabat dövründə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 24,3% artaraq 66,5 min nəfər, MDB ölkələrindən gələnlərin sayı isə 5% artaraq 502,5 min nəfər olub.

Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 59%-i dəmir yolu və avtomobil, 40,2%-i hava, 0,8%-i isə su nəqliyyatından istifadə edib.

 





22.07.2019    çap et  çap et