525.Az

Nazir: “Trampın Türkiyəyə sanksiyanı ləğv etmək hüququ var”


 

Nazir: “Trampın Türkiyəyə sanksiyanı ləğv etmək hüququ var”<b style="color:red"></b>

“Ölkəmizin havadan müdafiə sisteminə ehtiyacı var. “S-400” sistemindən baha olmasına baxmayaraq, ABŞ-dan “Patriot” istədik, müxtəlif bəhanələrlə bundan imtina etdilər”.

APA-nın yerli bürosunun məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Çavuşoğlu bildirib ki, ABŞ prezidenti Donald Tramp bu məsələni bildiyi üçün Türkiyəyə sanksiya tətbiq etmək istəmir:

“Donald Tramp Yaponiyada verdiyi vədə əməl etməyə çalışır. Onun bu sanksiyanı dayandırmaq və ya ləğv etmək hüququ var”.

Qeyd edək ki, Türkiyənin Rusiyadan “S-400” Zenit raket-müdafiə sistemini alması ABŞ və NATO ölkələrinin narazılığına səbəb olub.

 





22.07.2019    çap et  çap et