525.Az

Gürcüstanda yerli azərbaycanlılar və gürcülər birgə etiraz aksiyası keçiriblər


 

Gürcüstanda yerli azərbaycanlılar və gürcülər birgə etiraz aksiyası keçiriblər<b style="color:red"></b>

Gürcüstanın Saqareco rayonunda yerli azərbaycanlılar və gürcülər içməli su problemi ilə əlaqədar etiraz aksiyası keçiriblər.

APA-nın yerli bürosu Gürcüstanın Birinci kanalına istinadən xəbər verir ki, aksiya Saqareco Bələdiyyəsinin yerli azərbaycanlılar və gürcülərin birlikdə yaşadıqları Qombori kəndində baş tutub. İçməli su probleminin həllini tələb edən kənd sakinləri mərkəzi avtomobil yolunu bağlayıblar.

Sakinlərin məlumatlarına görə, artıq 15 ildir ki, yay aylarında onlar içməli su problemi ilə üzləşirlər. Kənd sakinləri Saqareco merindən problemin həlli üçün dəqiq cavab alınmayanadək aksiyanı davam etdirəcəklərini bildiriblər.

 





22.07.2019    çap et  çap et