525.Az

Deputat: “Bir kəmər, bir yol” inqilabi layihədir”


 

Deputat: “Bir kəmər, bir yol” inqilabi layihədir”<b style="color:red"></b>

“Çinin təşəbbüsü ilə həyata keçirilən “Bir kəmər, bir yol” böyük kommunikasiya, siyasi, iqtisadi, mədəni, ən əsası inqilabi bir layihədir”.

APA-nın xəbərinə görə, bunu Milli Məclisin deputatı Hikmət Babaoğlu Bakıda "Si Cinpinin yeni dövr Çin səciyyəvi sosializm ideyası” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

O qeyd edib ki, ötən illər ərzində Azərbaycan bu layihənin həyata keçirilməsi ilə bağlı öz tövsiyələrini verib:
“Digər tərəfdən, Çindən Avropaya gedən yolda Ələt limanı vacib rol oynayacaq. Bu yaxınlarda Azərbaycana səfər edən Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Ələt limanın əhəmiyyətini vurğulayıb”.

 





22.07.2019    çap et  çap et