525.Az

Sankt-Peterburq–Bakı aviareysinin açılacağı tarix məlum oldu


 

Sankt-Peterburq–Bakı aviareysinin açılacağı tarix məlum oldu <b style="color:red"></b>

Rusiyanın "Smartavia" şirkəti Sankt-Peterburqdan Bakıya açılacaq birbaşa aviareysin tarixini elan edib.

“APA-Economics”in aviaşirkətə istinadən verdiyi məlumata görə, Sankt-Peterburq–Bakı aviareysi üzrə uçuşlara iyulun 25-dən etibarən başlanacaq.

Uçuşlar hər həftənin IV və VI günləri “Boeing 737-700” təyyarələri ilə Pulkovo aeroportundan həyata keçiriləcək.

Qeyd edək ki, hazırda Bakı–Sankt-Peterburq aviareysi üzrə uçuşları həftənin III və VII günləri "Azərbaycan Hava Yolları" (AZAL) və V günləri "Buta Airways" şirkətləri yerinə yetirirlər.

 





22.07.2019    çap et  çap et