525.Az

Prezident Murad Köhnəqalaya mənzil hədiyyə edib


 

Prezident Murad Köhnəqalaya mənzil hədiyyə edib<b style="color:red"></b>

Yazıçı-şair Murad Köhnəqalaya mənzil verilib.

APA-nın xəbərinə görə, bu barədə şair özü facebookda yazıb.

O bildirib ki, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya ünvanladığı müraciət öz bəhrəsini verib:

"Prezident İlham Əliyev mənim mənzillə təmin edilməyim barədə sərəncam imzalayıb. Bu şad xəbəri BŞİH-dən mənə zəng edərək bildirdilər. Möhtərəm Prezidentimizin mənə bağışladığı ev altmış yaşıma ən gözəl hədiyyədir.

Mətbuatımızın 144-cü ildönümündə məni sevindirdiyinə görə cənab Prezident İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm!

Azərbaycanın xoşbəxtliyi uğrunda fəaliyyətində ona möhkəm cansağlığı, tükənməz enerji arzulayıram!

Qoy həmişə günəş olsun!"

 





23.07.2019    çap et  çap et