525.Az

Tarkan izləyicilərindən kömək istədi


 

Tarkan izləyicilərindən kömək istədi<b style="color:red"></b>

Türkiyənin meqastarı Tarkan sosial şəbəkə istifadəçilərindən kömək istəyib.

Axşam.az xəbər verir ki, sənətçi hər kəsi təbiəti qorumağa səsləyib.

"İnsan olaraq təbiətə, heyvana, ağaca, havaya, suya, ümumiyyətlə dünyaya verdiyimiz ziyan o qədər böyükdür ki... Belə davam etsək, 30-40 il sonra bir çox heyvan növlərini itirəcəyik. Meşələri yox olmuş, dəniz və okeanlarda balıqların yox olduğunu görəcəyik. Bunun nəticəsi heç kim üçün parlaq deyil. Açdığımız yaraları bağlamalıyıq" - deyə, Tarkan paylaşımında qeyd edib.

 





24.07.2019    çap et  çap et