525.Az

«The First» mükafatı sahiblərinə çatdı (FOTOLAR)


 

«The First» mükafatı sahiblərinə çatdı <b style="color:red"> (FOTOLAR)</b>

Ötən gün "Hilton" oteldə «Xəyal production»nın təşkilatçılığı ilə «The First» -ilin ən yaxşılarının mükafatlandırma mərasimi baş tutub.

525.az-ın məlumatına görə, tədbirə ABŞ, İsveç, Türkiyə, Hollandiya, Danimarka, Gürcüstan və bir neçə dövlətlərin tanınmış simaları, iş adamları qatılıb.

Gecənin açılışında çıxış edən Türkiyənin ölkəmizdəki keçmiş səfiri Hulusi Kılıç bu cür tədbirlərin mədəniyyətin, incəsənətin inkişafında böyük rol oynadığından danışıb.

Bu il dördüncüsü keçirilən «The First» mükafatlandırma mərasiminə türkiyəli pop-musiqiçi Gökçe, rejissor Hilal Saral, millət vəkili Nurdan Şanlı, müğənni Eren Sandal, Yasemin Pulat, DJ Gezegen Mehmet , model Muamer Ketenci, Sərxan Sərxan kimi tanınmış simalar qatılıb. Gecənin ən əsas qonağı isə Türk musiqisinin canlı əfsanəsi Selami Şahin olub. Selami Şahin «Yaşam boyu onur» nominasiyasında mükafatlandırılıb. 

Gecənin «The First» mükafatçıları sırasında tanınmış iş adamları, millət vəkilləri, idmançılar da yer alıb.

Millət vəkilləri Jalə Əliyeva və Məlahət İbrahimova da mükafatlandırılanlar sırasında idi. 

ATV telekanalında efirə gedən «Onlar» verilişinin aparıcısı Afaq Gəncəli, bəstəkar Gövhər Həsənzadə, vizajist Nigar İbrahimova, modelyer Gülnarə Xəlilova da bu ilin «The First»lərindən oldu.

«The First 2012» mükafatlandırma mərasimində gecənin azərbaycanlı siması isə xalq artisti Zülfiyyə Xanbabayeva idi.

Mükafatlandırma mərasimində mərhum türk sənətçisi Barış Akarsunun da xatirəsi anıldı. 

Xatırladaq ki, «The First» mükafatlandırma mərasimi ilk dəfə 2009-cu ildə keçirilib. Mükafatın keçirilməsi məqsəd Azərbaycan mədəniyyətini dünyaya tanıtmaqdır.

 





11.10.2012    çap et  çap et