525.Az

Foqts dörd futbolçunu millidən kənarlaşdırdı


 

Foqts dörd futbolçunu millidən kənarlaşdırdı<b style="color:red"></b>

DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində oktyabrın 16-da, Moskvadakı "Lujniki" stadionunda Rusiya yığması ilə keçirəcəyi oyuna hazırlıq məqsədilə Bakı şəhərində təlim-məşq toplanışında olan Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.

525.az-ın AFFA-nın saytına istinadən yaydığı məlumata görə, baş məşqçi Berti Foqtsun qərarına əsasən, Nizami Hacıyev, Elvin Məmmədov, Ruslan Əmircanov və Usim Nduka bu gündən etibarən təlim-məşq toplanışında iştirak etməyəcək.

 





11.10.2012    çap et  çap et