525.Az

"Yaşadığım hər gündə səhər duası..." - Fikrət Qocadan iki şeir


 

"Yaşadığım hər gündə səhər duası..." - <b style="color:red">Fikrət Qocadan iki şeir </b>

YAŞADIĞIM HƏR GÜNDƏ SƏHƏR DUASI...

Allahım! Məni - məndən qoru,
bəndən qoruya bilməz məni.
Bəndənə tapşırma - mən bəndəni,
Səndən qoruya bilməz məni.

20.07.2019

UŞAQ GÖRÜR

Uşaq özü də bilmir haçandan,
Dünyaya gözünü açandan,
Ağzında yalançı məmə,
rezin əmzik əmə-əmə.
Uşağa dedilər:
yalan danışma,
yalan demə!
Uşaq böyüdü yalannan,
ağlı kəsəndən
söz qanandan.
Gördü oğurlayıb evə daşıyırlar,
Yeyirlər, yedizdirirlər, yaşayırlar.
Sonra da deyirlər:
Bala haram yemə!
yalan demə!
Yuxarıda hər şeyi Allah görür ha!!!
Yerdə uşaq,
Göydə Allah...
Görə-görə, baxa-baxa.
Namaz üstə  yalan deyirlər Allaha...
Sizə nə deyim daha...
Nə cavab verək dan yerinə,
Açılan nurlu sabaha...
Hər halda bunu bizdən,
bir soruşan olacaq,
biz yaradan uşaq da,
bizi yaradan Allah da
pərişan olacaq.

29.07.2019

 





31.07.2019    çap et  çap et