525.Az

Milli Kitabxanada "2 avqust Azərbaycan Kinosu Günüdür" adlı sərgi


 

Milli Kitabxanada "2 avqust Azərbaycan Kinosu Günüdür" adlı sərgi <b style="color:red"></b>

Avqustun 2-də Milli Kitabxanada milli kino günü ilə bağlı "2 avqust Azərbaycan Kinosu Günüdür" adlı geniş sərgi açılıb.

Sərgidə Azərbaycan kinematoqrafiyasına, milli kinomuza, kino aktyorlarımıza, kinoşünaslara, kino rejissorlarına həsr edilmiş kitablar və dövri mətbuat materialları nümayiş olunur.

Sərgi bir həftə davam edəcək.

Qeyd edək ki, Azərbaycan kino sənətinin tarixi 1898-ci il avqustun 2-dən başlayır. İlk filmlər fotoqraf və nasir A.M.Mişon tərəfindən çəkilmiş xronika süjetləri "Bibiheybətdə neft fontanı yanğını", "Balaxanıda neft fontanı", "Şəhər bağında xalq gəzintisi", "Qafqaz rəqsi" və bir bədii kinosüjetdən - "İlişdin"dən ibarətdir.

121 il öncə əsası qoyulan milli kino sənətimiz bu gün özünün geniş inkişaf mərhələsini yaşayır.

Ümummilli lider Heydər Əliyevin 18 dekabr 2000-ci il tarixli Sərəncamı ilə avqustun 2-si Azərbaycan Milli Kino Günü kimi rəsmiləşdirilib.

 





03.08.2019    çap et  çap et