525.Az

Azad Həsənov azadlığa buraxıldı


 

Azad Həsənov azadlığa buraxıldı<b style="color:red"></b>

Bu gün Müsavat Partiyasının üzvü Azad Həsənovun məhkəmə prosesi keçirilib.

Modern.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Azad Həsənov məhkəmə zalından azad edilib.

Hakim İradə Həsənzadənin sədrlik etdiyi prosesdə Azad Həsənov 1 il müddətinə azadlıqdan məhrum edilib.

Onun barəsində, həmçinin, Cinayət Məcəlləsinin 70-ci maddəsi (şərti) tədbiq edilib və o, məhkəmə zalından azadlığa buraxılıb.

Azad Həsənov haqda 6 aylıq sınaq müddəti seçilib.

Prokuror 1,6 ay həbs cəzası istəmişdi. Vəkil Osman Kazımov apelyasiya şikayəti verəcəklərini bildirib.

Litvada siyasi mühacir həyatı yaşayan Azad Həsənov ötən ilin oktyabrın 10-da ağır xəstə olan atasına baş çəkmək üçün Bakıya gəlib. Sərhədi problemsiz keçən A.Həsənov oktyabrın 11-də mülki geyimli şəxslər tərəfindən saxlanılıb.

O, Müsavat Partiyasının üzvüdür. Azad Həsənov Cinayət Məcəlləsinin 234.4.3-cü (narkotik vasitələri hazırlama, əldə etmə, saxlama, göndərmə, daşıma və ya satma) maddəsi ilə ittiham edilirdi.

 





05.08.2019    çap et  çap et