525.Az

Di Kaprio odsaçan silah səhnəsində çəkilməkdən ehtiyat edib


 

Di Kaprio odsaçan silah səhnəsində çəkilməkdən ehtiyat edib<b style="color:red"></b>

Kventin Tarantinonun “Bir dəfə Hollivudda” filminin tryuklar üzrə mütəxəssisi Robert Alonzo “Huffington Post” nəşrinə müsahibəsində bildirib ki, baş rollardan birinin ifaçısı Leonardo Di Kaprio filmin odsaçan silahla səhnəsində çəkilməkdən ehtiyat edib.

AZƏRTAC xəbər verir ki, Tarantinonun filmində Di Kaprionun qəhrəmanı odsaçan silahla insanları yandırır.

Alonzonun sözlərinə görə, artist həmkarlarını həqiqətən şikəst etməkdən çəkinib.

Onu bu inventarın istifadəsinin təhlükəsiz olmasına inandırmaq lazım gəlib. Bunun üçün Alonzo əvvəlcə özünü yandırıb və bunun təhlükəsiz olduğunu əyani nümayiş etdirib.

Yalnız bundan sonra aktyor həmin səhnədə çəkilməyə razılıq verib.

 





07.08.2019    çap et  çap et