525.Az

Tramp Rusiyada raket sınağı zamanı partlayış hadisəsini şərh edib


 

Tramp Rusiyada raket sınağı zamanı partlayış hadisəsini şərh edib<b style="color:red"></b>

ABŞ prezidenti Donald Tramp Rusiyada raket sınağı zamanı baş vermiş partlayışı şərh edib.

"Report" xəbər verir ki, bu barədə o, özünün "Twitter"dəki səhifəsində yazıb.

Ağ Ev rəhbəri bildirib ki, Vaşinqton bu barədə çox şeyi bilib. 

"ABŞ Rusiyada uğursuz raket partlayışı haqqında çox şeyi bilib. Bizdə bunun oxşarı var, hərçənd daha müasir texnologiyalardır. Rusiyada "Skyfall"-ın partlayışı insanları obyektin ətrafında və onun hüdudlarından xaricdəki hava ilə bağlı narahat olmağa məcbur etdi. Pis", - deyə o yazıb.

Daha əvvəl "Rosatom"da bildiriblər ki, avqustun 8-də Arxangelsk sahəsində hərbi poliqonda baş vermiş hadisə nəticəsində şirkətin beş əməkdaşı həlak olub.

 





13.08.2019    çap et  çap et