525.Az

DANX: Son 5 gündə regionlardan paytaxta 13 minə yaxın sərnişin daşınıb


 

DANX: Son 5 gündə regionlardan paytaxta 13 minə yaxın sərnişin daşınıb<b style="color:red"></b>

Bu günə qədər Azərbaycanın 56 avtovağzal və avtostansiya kompleksindən, ümumilikdə, 72 922 nəfər sərnişin daşınıb.

“Report”un məlumatına görə, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti məlumat yayıb. 

Bildirilib ki, bayramın ilk günlərində ən çox sıxlıq Bakı Beynəlxalq Avtovağzal Kompleksində müşahidə edilib. Son 5 gündə regionlardan paytaxta 12 640 sərnişin daşınıb. Bunun 7 990-nı avqustun 12-nin payına düşüb. 

"Bu gün regionlardan paytaxta səfər edəcək və geri dönəcək sərnişinlər üçün əlavə avtobuslar ayrılıb. Bunu nəzərə alaraq yol iştirakçılarından, xüsusilə şəxsi avtomobil sahiblərindən yollarda ehtiyatlı olmalarını rica edirik. İritutumlu sərnişin avtobuslarını ötmə əməliyyatı icra etməklə çaşdıraraq təkcə avtobusun salonundakı 50 sərnişinin həyatına deyil, 50 ailənin həyatına da biganə qalmış olursunuz”, - deyə o qeyd edib. 

 





13.08.2019    çap et  çap et