525.Az

Şəki və Lahıcdakı muzeylər Dövlət Turizm Agentliyinin tabeliyinə verildi


 

Şəki və Lahıcdakı muzeylər Dövlət Turizm Agentliyinin tabeliyinə verildi<b style="color:red"></b>

Lahıc Tarix-Diyarşünaslıq Muzeyi, Şəki Tarix-Diyarşünaslıq Muzeyi və Şəki Xalq Tətbiqi Sənəti Muzeyi və Şəki Dövlət Rəsm Qalereyası Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısına daxil edilib.

APA-nın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı” və “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda müvafiq dəyişiklik edib.

Qərara əsasən, Basqal qəsəbə Mədəniyyət Evi və Xınalıq kənd Mədəniyyət Evi də Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısına əlavə edilib.

 





16.08.2019    çap et  çap et