525.Az

Türkiyədə terrorçularla əlbir olmaqda şübhəli bilinən 3 bələdiyyə sədri vəzifədən kənarlaşdırıldı


 

Türkiyədə terrorçularla əlbir olmaqda şübhəli bilinən 3 bələdiyyə sədri vəzifədən kənarlaşdırıldı<b style="color:red"></b>

Terrorçularla əlbir olmaqda şübhəli bilindiklərinə görə Türkiyənin Diyarbəkir, Van və Mərdin rayonlarının bələdiyyə sədrlərinin vəzifə səlahiyyətləri əllərindən alınıb.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyənin Daxili İşlər Nazirliyi adıçəkilən rayonların bələdiyyələrində dünən gecə saatlarından kütləvi əməliyyat-axtarış tədbirlərinə başlayıb.

Türkiyə DİN-in yaydığı açıqlamada bildirilib ki, son illər terrora qarşı aparılan qətiyyətli mübarizə nəticəsində gücdən düşən PKK/KCK terror təşkilatları onlarla əlbir olan bəzi bələdiyyə başçıları vasitəsi ilə bələdiyyələrin imkanlarından qeyri-qanuni məqsədlər üçün istifadə edib. Bu səbəbdən silahlı terror təşkilatının qurmaq və ya idarə etmək, bu təşkilatlara üzv olmaq və cinayətkarlara dəstək verməkdə ittiham olunan Diyarbəkir bələdiyyə sədri Səlcuq Mirzaqlı, Mərdin bələdiyyə sədri Əhməd Türk və Van bələdiyyə sədri Bedia Özgökçə haqqında istintaq əməliyyatlarına başlanıb. DİN bu istintaq əməliyyatları ilə bağlı 29 rayonda 418 nəfər şübhəlini saxlayıb.

Diyarbəkir, Van və Mərdinə yeni bələdiyyə sədrləri təyin olunana qədər bu vəzifələri hər üç rayonun valiləri icra edəcəklər.  

Qeyd edək ki, hər 3 bələdiyyə sədri martın 31-də Xalqların Demokratik Partiyasından (HDP) bələdiyyə sədri seçilib.

 





19.08.2019    çap et  çap et