525.Az

Gürcüstanda “Forsaj-9” filminin çəkilişlərinə başlanıldı


 

Gürcüstanda “Forsaj-9” filminin çəkilişlərinə başlanıldı <b style="color:red"></b>

Tbilisidə “Forsaj-9” (Fast and Furious - 9) filminin bəzi səhnələrinin çəkilişinə başlanılıb.

APA-nın yerli bürosu xəbər verir ki, avqustun 20-dək davam edəcək çəkilişlərlə əlaqədar Gürcüstan paytaxtının müəyyən küçələrində nəqliyyatın hərəkəti vaxtaşırı məhdudlaşdırılacaq. Tbilisidə çəkilişlər əsasən Rustaveli və Vaja-Pşavela prospektlərində, Azadlıq meydanında, Puşkin, Besarion Jqenti, Avto Varazi və Universitet küçələrində aparılacaq.

Filmin çəkilişləri Tbilisi ilə yanaşı Rustavi şəhərində aparılacaq. Burada çəkiliş məkanı kimi  Rustavi maşın bazarı seçilib.

Qeyd edək ki, “Forsaj - 9” filminin Gürcüstanda çəkilişləri “Gürcüstanda çək” dövlət proqramı çərçivəsində baş tutub.

 





19.08.2019    çap et  çap et