525.Az

"Nüvə öhdəliiklərinin azaldılmasının üçüncü addımı ilə bağlı plan hazırlanır"


 

"Nüvə öhdəliiklərinin azaldılmasının üçüncü addımı ilə bağlı plan hazırlanır"<b style="color:red"></b>

"Hazırda nüvə anlaşması çərçivəsində öhdəliiklərin azaldılmasının üçüncü addımı ilə bağlı plan hazırlanır".

APA-nın Tehran bürosunun məlumatına görə, bunu bu gün həftəlik mətbuat konfransında İranın Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Abbas Musəvi jurnalistlərə deyib.

A.Musəvi İran XİN başçısı Məhəmməd Cavad Zərifin Qətər, Kuveyt və 3 Skandinaviya ölkəsinə səfərindan danışıb. Dediyinə görə, ehtimal olunur ki,  M.C.Zərif Fransaya da səfər etsin.

Fransa Prezidenti Emmanuel Makronun İrana səfərinə gəlincə, A.Musəvi deyib ki, bu məsələ ilə bağlı danışmaq hələlik tezdir.

O həmçinin bildirib ki, gələn həftə İran XİN başçısı Çin və Yaponiyaya səfər edəcək.

 





19.08.2019    çap et  çap et