525.Az

Batumi çimərliklərində “qırmızı həyəcan”


 

Batumi çimərliklərində “qırmızı həyəcan” <b style="color:red"></b>

Qara dənizdə şiddətli qasırğa səbəbi ilə Batumi çimərliklərində “qırmızı həyəcan” elan edilib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyindən bildirilib. Əlverişsiz hava şəraiti səbəbi ilə istirahət edənlərin dənizə girməməsi barədə xəbərdarlıq elan edilib.

Fövqəladə Hallar İdarəsi hər kəsi xilasedicilərin təlimatlarına riayət etməyə və təhlükəsizlik standartlarına uyğun davranmağa çağırıb.

Qeyd edək ki, qasırğa Qara dəniz sahillərində yerləşən Acara, Quria və  Sameqrelo rayonlarında özünü göstərəcək.

 





19.08.2019    çap et  çap et