525.Az

Zərif: "İran da gözlənilməz addımlar ata bilər"


 

Zərif: "İran da gözlənilməz addımlar ata bilər"<b style="color:red"></b>

İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif  ABŞ Prezidenti Donald Trampın gözlənilməz siyasətinə cavab olaraq İranın da gözlənilməz addımlar ata biləcəyini deyib.

APA-nın xəbərinə görə, İran XİN başçısı bu barədə Stokholm Beynəlxalq Sülh Tədqiqatları İnstitutunda çıxışı zamanı bildirib.

"Qarşılıqlı gözlənilməzlik xaosa gətirib çıxaracaq. Prezident Tramp özü gözlənilməz siyasət yürütdüyü halda digərlərindən bunun əksini gözləyə bilməz".

M.C.Zərif deyib ki, körfəzdəki Ərəb ölkələri Qərb silahlarını almağa milyardlarla dollar xərcləməklə bölgədə təhlükəsizliyə  nail ola bilməzlər:
 
"Körfəzdə heç bir xarici hərbi qüvvə etibarsızlığın və təhlükənin qarşısını ala bilməz", - deyə, Cavad Zərif qeyd edib.

 





21.08.2019    çap et  çap et