525.Az

Tramp: “ABŞ-da doğulan hər uşağa vətəndaşlıq verilməsi gülüncdür”


 

Tramp: “ABŞ-da doğulan hər uşağa vətəndaşlıq verilməsi gülüncdür”<b style="color:red"></b>

Prezident Donald Tramp ABŞ-da anadan olan istənilən şəxsə vətəndaşlıq verilməsi məsələsini özündə əks etdirən Konstitusiyanın 14-cü düzəlişinin ləğvi edilməsi ehtimalı barədə fikirlər səsləndirib.

APA “RİA Novosti”yə istinadla xəbər verir ki, Tramp ABŞ-da doğulan hər uşağa vətəndaşlıq verilməsini gülünc adlandırıb.

O, “Biz buna ciddi yanaşırıq ”-deyə əlavə edib ki, bu məsələyə son qoyulmalıdır.

Qeyd edək ki, Tramp keçən il Axiosada müsahibə verərkən demişdi ki, sözügedən düzəlişin ləğvi üçün sadəcə, bir prezident sərəncamı lazımdır.

 





22.08.2019    çap et  çap et