525.Az

Nazir müavini: "Taxta bazarında yanğın 1500 kvadratmetri əhatə edib"


 

Nazir müavini: "Taxta bazarında yanğın 1500 kvadratmetri əhatə edib"<b style="color:red"></b>

Bakının taxta bazarında baş verən yanğın təxminən 1500 kvadratmetr ərazini əhatə edib.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında hadisə yerində olan Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev deyib.

Nazir müavini bildirib ki, hazırda yanğın davam edir:

"Yanğın tam nəzarətdədir, ərazinin söndürülməsi işləri davam etdirilir. Yanğının söndürülməsinə təxminən 25-dən artıq texnika, 300-dən artıq canlı qüvvə cəlb olunub. Hazırda yanğının nədən baş verməsi araşdırılır".

 





22.08.2019    çap et  çap et