Hacıqabulda baş verən yol nəqliyyat hadisəsi ilə əlaqədar Şirvan xəstəxanasına müxtəlif dərəcəli xəsarətlərlə 8 nəfər müraciət edib.
Səhiyyə Nazirliyindən APA-ya verilən məlumata görə, müraciət edən şəxslərdən 5 nəfəri qadın (62, 52, 36, 20, 17 yaşlı), 3-ü isə kişidir (43, 47 və 14 yaşlı).
Yaralılardan 6 nəfərinin xəsarətləri yüngül olduğundan gün ərzində ambulator müalicəyə buraxılacaqları gözlənilir.
Digər iki nəfərin - 62 yaşlı qadın və 43 yaşlı kişinin müalicələri travmatologiya şöbəsində davam edir. Onların vəziyyətləri orta-ağır stabil qiymətləndirilir.
*** 08:46
Yevlaxdan Bakıya gələn "Mercedes" markalı mikroavtobusun Hacıqabul rayonunda qəzaya uğraması nəticəsində 8 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, bu barədə işi araşdıran polis əməkdaşları bildirib.
Bildirilir ki, sürücü Abdulrəhimov Elvin Elşən oğlunun idarə etdiyi mikroavtobusun qarşısına iribuynuzlu heyvan çıxdığı üçün qəza baş verib.
*** 07:46
Hacıqabul rayonunda mikroavtobus qəzaya uğrayıb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, "Mercedes" markalı mikroavtobusun aşması nəticəsində 10-dan çox adam xəsarət alıb.
Hadisənin təfərrüatları araşdırılır.